Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 145.816 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Uranus2.jpg
UranGünəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan YupiterSaturndan fərqləndirir. Bu səbəblə, elm adamları Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogenhelium tərkibi ilə SaturnYupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna sahibdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıq maddədən təşkil olunmuşdur.

Digər nəhəng planetlər kimi Uranın bir halqa sistemi, bir maqnitosferi və çox sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var. Onun fırlanma oxu yana əyilmiş şəkildədir və buna görə də, digər planetlərin ekvatorları olan bölgə onun şimal və cənub qütbləridir. 1986-cı ildə, Voyager 2-dən gələn görüntülər Uranı görünən işıqda, digər nəhəng planetlərlə əlaqəli bulud qrupları və ya tufanları olmayan xüsusiyyətsiz planet kimi göstərdi

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Kenneth MacAlpin of Scotland - the first.jpg
I Kennet (Şotlandiya kralı) — Müasir şotland kelt dilindəki variantı daha doğrusu forması Cionaodh mac Ailpein kimi olur, çünki Coinneach tarixən ayrı bir ad olub. Buna baxmayaraq, müasir şotland kelt dilindəki adların ikisi də eyni məna verir. ing. Kenneth MacAlpin; ) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralıMakalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh‎) ləqəbi verilmişdir. Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Aretha

HSCommons.svg Günün seçilmiş şəkli

Dürnstein Panorama 02.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Volodymyr Zelensky in March 31, 2019 (I).png


Son ölümlər: Georgi Daneliya, Rövşən Almuradlı, Aydın Xırdalanlı

HSDagensdatum.svg Tarixdə bu gün — 26 aprel

26 aprel: Çernobıl faciəsi, Daşkənddə zəlzələ
  • 1937İspaniya vətəndaş müharibəsi: nasist Almaniyasına məxsus Kondor Legionu Gernika şəhərini bombaladı.
  • 1964 — Tanqanika və Zənzibarın birləşməsi nəticəsində Tanzaniya Respublikası yarandı.
  • 1966 — 8 bal gücündə zəlzələ Daşkənd şəhərini viran qoydu.
  • 1986Çernobıl AES-in 4-cü enerji blokundakı partlayış baş verdi.
  • 1994 — Çin hava şirkətinə aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 264 nəfər həyatını itirir.
  • 2000Andorra milli futbol komandası futbol tarixində ilk qələbəsini Belorusiya yığması üzərində qazandı.
  • 2007Pekində Olimpiya Oyunlarının atəşi yandırıldı.
  • Digər günlər: 25 aprel26 aprel27 aprel

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Quentin Tarantino by Gage Skidmore.jpg
    Kventin Tarantinonun filmoqrafiyasıABŞ kinorejissoru, prodüser, ssenaristaktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.

    1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur.

    "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-v2.svg Vikipediya digər dillərdə